2026-cı ilin məhsulu üçün keçmiş illərdə əkilən çoxillik otların əkin sahələri də daxil olmaqla, yanvar-iyul aylarında payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 1614,6 min hektar olub və əvvəlki illə müqayisədə 27,6 min hektar və ya 1,7 faiz artıb.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ümumi əkin sahəsi kənd təsərrüfatı ilə məşğul olan hüquqi şəxslər üzrə 14,7 faiz artıb, fərdi sahibkar və ev təsərrüfatları üzrə 0,5 faiz azalıb.
Ölkə üzrə əkin sahələrinin 1027,2 min hektarını və ya 63,6 faizini dənli və dənli paxlalı bitkilərin, 117,2 min hektarını (7,3 faiz) texniki bitkilərin, 119,1 min hektarını (7,4 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 351,1 min hektarını (21,7 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.