“China National Chemical Engineering and Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyanq ilə görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik.
Görüşdə həmçinin mövcud layihələrin cari vəziyyəti və növbəti mərhələlər üzrə görülən işlər nəzərdən keçirdik. Bu istiqamətdə tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
