Bu ilin 8 ayı ərzində 446 yeni dövlət standartı qəbul edilib

2026.09.10 16:23 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 446 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkədə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

Qida texnologiyası və kənd təsərrüfatı - 56
Nəqliyyat sahəsi - 91
Uşaq malları - 28
Sənədləşdirmə və nəşriyyat - 4
Energetika (istilik mübadiləsi sistemləri) və elektrotexnika – 16
İdarəetmə və keyfiyyət - 11
Mebel sahəsi - 43
Hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər - 3
Neft-qaz, kimya və əlaqəli texnologiyalar - 9
Bina qurğuları - 15
Zərgərlik sahəsi - 1
Turizm - 8
Əməyin təhlükəsizliyi - 36
Tekstil və dəri texnologiyası - 38
Maşınqayırma - 37
İstehlak malları - 4
Metrologiya, ölçmə sistemləri və cihazlar – 2
Tikinti materialları – 21
İnformasiya və telekommunikasiya – 23

Hesabat dövründə 26 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 27 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 89 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.