2026-cı ilin yanvar-avqust aylarında əsas kapitala 12.677,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çox investisiya yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 1,4 faiz artaraq 8.431,1 milyon manat təşkil edib.