Çexiya ilə ticarət dövriyyəsində müsbət dinamika mövcuddur

2026.09.10 10:06 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 1 faiz artaraq 599,1 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 2,05 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi