Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan istiqamətində neft nəqlində müsbət dinamika var

2026.09.09 17:17 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Bakı-Tbilisi-Ceyhan istiqamətində Qazaxıstan neftinin aşırılması 12 faiz artaraq 1,034 milyon ton təşkil edib.

"KazTransOil" SC-nin məlumatına görə, bu, Aktau limanında tankerlərə neft doldurulmasının ümumilikdə 2,384 milyon tona (+6 faiz) çatması fonunda baş verib.

Şirkətin göstərilən dövr ərzində neftin nəqli və aşırılmasının ümumi konsolidasiya edilmiş həcmi 4 faiz artaraq 31,89 milyon tona çatıb.