Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

2026.09.09 15:46 (UTC+04:00)

“Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşdük.

Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və yeni layihə təşəbbüslərini nəzərdən keçirdik.

KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, eləcə də iqtisadi artımın və şaxələndirmənin yeni imkanlarının araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd etdik.
Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidinin səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcəyini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.