Sentyabrın 12-14-də Polşada keçiriləcək "Warsaw Food Expo" qida sərgisində Azərbaycan "Made in Azerbaijan" brendi ilə iştirak edəcək. Sərgidə ət, balıq, un, süd məhsulları, meyvə və tərəvəz, alkoqollu və alkoqolsuz içkilər kimi məhsullar birbaşa istehsalçılar tərəfindən təqdim olunacaq. Sərgi çərçivəsində konfrans və seminarların keçirilməsi də nəzərdə tutulub.
"Warsaw Food Expo" Avropanın ən böyük qida sərgilərindən biridir və ötən il burada 600-dən çox fərdi görüş baş tutub.