Bu ilin yanvar-iyul aylarında ölkədən 29,7 milyon ABŞ dolları dəyərində 77,4 min tondan çox kartof ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 5,6 faiz, həcmi isə 9,3 faiz artıb.
Cari ilin ilk 7 ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,5 faizə bərabər olub.