Yanvar-iyul aylarında 511 ədəd yük avtomobili istehsal edilib

2026.09.09 16:14 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında 511 ədəd yük avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 2,7 dəfə çoxdur.

Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 40 ədəd təşkil edib.