Malta ilə ticarət dövriyyəsinin həcmində ciddi artım qeydə alınıb

2026.09.09 15:09 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Malta ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,6 dəfə artaraq 14,6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Malta ilə ticarətin payı 0,05 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi