Sentyabrın 15-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Ciddə-Bakı marşrutu üzrə birbaşa reysləri bərpa edəcək.
Aviaşirkətin məlumatına görə, uçuşlar çərşənbə axşamı, çərşənbə, şənbə və bazar günləri yerinə yetiriləcək.