Dövlət büdcəsinin gəlirləri proqnozu 780,2 milyon manat üstələyib

2026.09.08 16:45 (UTC+04:00)

2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 486,5 milyon manat təşkil edib ki, bu da proqnozu 780,2 milyon manat və ya 3 faiz üstələyib.

Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 770,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur.

2026-cı ilin yanvar-avqust ayları ərzində icmal büdcənin gəlirləri 32 799,6 milyon manat, xərcləri isə 26 967,5 milyon manat məbləğində icra edilib.