Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,7 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 2,239 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20,3 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,1 faizə bərabər olub.