Vergilər Nazirliyində görüş keçirilib

2019.09.10 14:11 (UTC+04:00)

Sentyabrın 9-da Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə missiya rəhbəri Naveed Hassan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Azərbaycanın vergi sistemində aparılan islahatlar, Dünya Bankının vergi islahatlarına dəstəklə bağlı texniki yardım proqramı çərçivəsində görüləcək işlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.