Polad tökmə istehsalı artır

2026.09.08 15:08 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında metallurgiya sənayesi üzrə 181,4 min ton polad tökmə istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 3,6 faiz çoxdur.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 3,2 min ton təşkil edib.