Tunis ilə ticarət dövriyyəsinin ümumi həcmi açıqlanıb

2026.09.08 14:20 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Tunis ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,2 dəfə artaraq 229,8 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Tunis ilə ticarətin payı 0,78 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi