Bu ilin ikinci rübündə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 330 minə çatıb

2019.09.10 13:25 (UTC+04:00)

Bu ilin ikinci rübündə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 4,3 faiz artaraq 329.815 nəfərə çatıb. Bu barədə Gürcüstan Milli Turizm Agentliyinin hesabatında məlumat verilib. Cari ilin aprel-iyun ayları ərzində Azərbaycan Gürcüstana ən çox turist göndərən ölkələr arasında ikinci yerdədir. Hesabat dövründə Gürcüstana ən çox turist Rusiyadan gəlib – 437 510 nəfər.
Azərbaycanlı turistlər Gürcüstanda orta hesabla iki gün keçiriblər.