“Ukrayna və Azərbaycan arasında regional əməkdaşlıq turizmin inkişafına böyük töhfə verəcək”. Bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski keçirdiyi mətbuat konfransında deyib. Səfir bildirib ki, bu ilin sonunadək 50 minə yaxın ukraynalının Azərbaycana səfər edəcəyi gözlənilir: “Ukraynalılar Bakını görmək istəyirlər. Azərbaycanda görməli, gəzməli çox yer var: gözəl dağlar, isti dəniz. Bu səbəbdən də iki ölkə arasında hava uçuşlarının artırılmasını gözləyirik”.