Ölkədən 172 milyon dollar dəyərində tomat ixrac edilib

2026.09.04 18:07 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 172 milyon ABŞ dolları dəyərində 142,9 min tondan çox tomat ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 9,7 faiz artıb, həcmi isə 0,5 faiz azalıb.

Cari ilin ilk yeddi ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,89 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,9 faizə bərabər olub.