Neft koksunun istehsalı artıb

2026.09.04 16:51 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 140,3 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb.

2026-cı ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı 26,2 min ton təşkil edib.