İsveç ilə ticarət dövriyyəsi artıb

2026.09.04 13:00 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın İsveç ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 46,6 faiz artaraq 34,4 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İsveç ilə ticarətin payı 0,11 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi