Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb

2026.09.03 16:00 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında 13 778,1 hektar taxıl sahəsində biçin aparılıb. Muxtar Respublikanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, biçilmiş sahələrin 4 108,2 hektarını buğda, 9 669,9 hektarını isə arpa təşkil edib.

Ümumilikdə, 45 914,2 ton taxıl məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.