İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, bunun üçün vətəndaş uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun dayandırılması üçün ərizə təqdim edə bilər.
Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərlər:
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler
Həmçinin, fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı təqdim olunur: https://youtu.be/fo9rBr6-4V8