Çörəyin hansı növlərinin satışı ƏDV-yə cəlb olunur?

2026.09.17 13:15 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 10 il müddətinə ƏDV-dən azad edilib. Göründüyü kimi, ƏDV-dən azadolma çörəyin idxalına deyil, istehsalı və satışına tətbiq olunur. Qeyd olunan maddədə azadolma çörəyin bütün növlərinə aid edilib.

Eyni zamanda bildirilib ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 20-ci və 164.1.27-ci maddələri.