Pambıq mahlıcı və ipliyinin istehsal həcmləri artıb

2026.09.03 11:50 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 53,8 min tondan çox pambıq mahlıcı və 14,8 min tondan çox pambıq ipliyi istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 12,8 faiz, pambıq ipliyinin istehsalı isə 33,6 faiz artıb.

Avqust ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 12,8 min ton, pambıq ipliyi üzrə isə 2,88 min ton təşkil edib