Kəlbəcər rayonunda yerləşən iki SES-də istehsal edilən enerjinin həcmi açıqlanıb

2026.09.02 14:25 (UTC+04:00)

Bu ilin 1 sentyabr tarixinədək “Yuxarı Vəng” Su Elektrik Stansiyasında (SES) 60,1 milyon kVt·st, “Zar” kiçik Su Elektrik Stansiyasında (KSES) isə 4,6 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən 22,5 MVt-lıq “Yuxarı Vəng” SES və Zar çayı üzərində yerləşən 4,3 MVt-lıq “Zar” KSES 2024-cü il sentyabrın 2-də istismara verilib. İşğaldan azad edilmiş ərazilərin zəngin hidroenerji potensialı bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməklə yanaşı, yaşıl enerji istehsalının artmasına, bu ərazilərdə dayanıqlı və ekoloji təmiz şəhər mühitinin formalaşmasına şərait yaradır.