Ekologiya sahəsində qəbul edilən AZS ISO 14001:2026 standartı yenilənib

2026.09.02 13:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 14001:2026 “Environmental management systems. Requirements with guidance for use” beynəlxalq standartı əsasında AZS ISO 14001:2026 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartının yeni versiyası qəbul edilib.

Bu dövlət standartının tətbiqi müəssisələrdə ekoloji idarəetmənin təkmilləşdirilməsinə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına, resurslardan daha səmərəli istifadəyə, qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsinə və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyin artırılmasına töhfə verəcək.

Sözügedən dövlət standartı layihəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq AZSTAND tərəfindən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.