Bu ilin yanvar-iyul aylarında ölkədən 22,6 milyon ABŞ dolları dəyərində 13,3 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 3,7 faiz artıb, həcmi isə 1,8 faiz azalıb.
Cari ilin ilk yeddi ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,12 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,38 faizə bərabər olub.