Malayziya ilə ticarət dövriyyəsi artıb

2026.09.02 17:40 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Malayziya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 41,9 faiz artaraq 26,4 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Malayziya ilə ticarətin payı 0,09 faiz təşkil edib.

Dövlət Gömrük Komitəsi