Belçika ilə ticarət dövriyyəsi artıb

2026.09.01 15:20 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 45,9 faiz artaraq 55,9 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,19 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi