Bu ilin yanvar-iyul aylarında ölkədən 100,2 milyon ABŞ dolları dəyərində 8,8 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 21,5 faiz artıb, həcmi isə 22,2 faiz azalıb.
Cari ilin ilk yeddi ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,52 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,69 faizə bərabər olub.