Yeddi ayda 231 min tondan çox armatur istehsal olunub

2026.08.28 13:52 (UTC+04:00)

Bu ilin yanvar-iyul ayları ərzində ölkədə 231,2 min ton armatur istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 16,3 faiz artıb.

Cari ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı 15,5 min ton təşkil edib.