Gömrük Komitəsi 8 ayda dövlət büdcəsinə 2,8 milyard manatdan çox vəsait köçürüb

2019.09.10 11:48 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 873 milyon 356 min manat olub.
Komitədən verilən məlumata görə, 8 ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 693 milyon 651 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 965 milyon 577 min manat, aksizlər üzrə 184 milyon 701 min manat, yol vergisi üzrə isə 29 milyon 424 min manat təşkil edib.