Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

2026.08.27 12:13 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 25-də keçirilən hərracda 44 nəqliyyat vasitəsi satılıb.

Yük avtomobillərinin və texnikaların satışı zamanı rəqabət müşahidə edilib. Belə ki, hərracda start qiyməti 7.350 manat olan lot 30.200 manata, ilkin qiyməti 3.100 manat olan “KAMAZ” markalı yük avtomobili 21.031 manata, ilkin qiyməti 2.000 manat olan “Amkodor” markalı ekskavator-yükləyici isə 15.100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 1, 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.