Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026.08.27 11:05 (UTC+04:00)

2026-cı ilin yanvar-iyul aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 641,4 milyard manatı, sayı isə 116,2 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 44,7 faiz, sayı isə 28,4 faiz artıb.

Cari ilin ilk 7 ayında AZİPS vasitəsilə 1,368 milyon əməliyyat üzrə 606 milyard manat, XÖHKS vasitəsilə 57,63 milyon əməliyyat üzrə 30,026 milyard manat, AÖS ilə isə 57,28 milyon əməliyyat üzrə 5,387 milyard manat həcmində ödəniş həyata keçirilib.