Manatla pul kütləsi 8,5 faiz artıb

2026.08.27 10:07 (UTC+04:00)

Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 8,5 faiz artaraq 43 841,8 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 29,5 milyon manat azalaraq 3 006,3 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.