Sement klinkerlərinin istehsalında artım var

2026.08.27 15:56 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 2 286,4 min ton sement klinkerləri istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,4 faiz artıb.

2026-cı ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı 470,5 min ton təşkil edib.