S&P Global Ratings ABDF-in kredit reytinqini təsdiqləyib

2026.08.26 13:28 (UTC+04:00)

S&P Global Ratings Azərbaycan Biznesinin İnkişafı Fondunun uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB/B”, proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.

Qiymətləndirmədə ABDF-in kapital və gəlirlilik göstəriciləri “çox güclü” kimi qeyd olunub. Bu, Fondun maliyyə dayanıqlığının və kredit profilinin əsas üstünlüklərindən biri hesab edilir.

S&P-nin qiymətləndirməsi ABDF-in sabit maliyyə mövqeyini və Azərbaycanda biznesin inkişafının maliyyələşdirilməsində mühüm rolunu bir daha vurğulayır.