7 ayda 137 milyon dollarlıq pambıq lifi ixrac edilib

2026.08.26 15:07 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 137 milyon dollar dəyərində 97,2 min ton pambıq lifi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 24,9 faiz, həcm baxımından isə 27,5 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 2,239 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20,3 faiz

üstələyir. Hesabat dövründə dəyər ifadəsində pambıq lifi ixracının xüsusi çəkisi 6,12 faizə bərabər olub.