Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

2026.08.25 17:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində 2026-cı ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib. Agentliyin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74 faiz faiz artıb.

Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.

Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.