ABİF turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək

2026.08.25 12:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycanda turizm sahəsində investisiya layihələrinin maliyyələşdirilməsini dəstəkləyəcək. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə turizm və rekreasiya zonalarının ərazisində mehmanxana və digər yerləşmə vasitələrinin fəaliyyəti, sanatoriya-kurort müəssisələri, qış idman növləri üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonların təşkili ilə bağlı investisiya layihələri üzrə kredit təşkilatlarından manatla alınan kreditlərə faiz subsidiyalarının verilməsi nəzərdə tutulur.

Mexanizmin tətbiqi turizm sahəsində investisiya fəallığının artırılmasına və sahibkarların maliyyə yükünün azaldılmasına xidmət edəcək.