Sürtkü yağlarının istehsalı 20 faizdən çox artıb

2026.08.25 16:32 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 26,3 min ton sürtkü yağları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 20,1 faiz artıb.

Cari ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı təqribən 0,8 min ton təşkil edib.