Tunisə xam neft ixracı 3 dəfəyədək artıb

2026.08.24 16:31 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Tunisə 225,4 milyon ABŞ dolları dəyərində 368,9 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3,3 dəfə, həcm baxımından isə 2,9 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən 8,032 milyard dollar dəyərində 12,7 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 2,9 faizi bu ölkənin payına düşüb.