Yanvar-iyul aylarında 2,8 milyon dollarlıq neft bitumu ixrac edilib

2026.08.24 17:55 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 2,87 milyon ABŞ dolları dəyərində 9,7 min tondan çox neft bitumu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,7 dəfə, həcmi isə 2,4 dəfə artıb.

Cari ilin ilk yeddi ayında neft bitumunun ümumi ixracda xüsusi çəkisi 0,01 faizə bərabər olub.