Lak-boya məmulatlarının istehsalında artım var

2026.08.21 13:08 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 28 544,3 ton lak-boya məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 30,4 faiz artıb.

Bu ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı 305,1 ton təşkil edib.