Mis konsentratının hasilatı 6 dəfədən çox artıb

2026.08.20 13:10 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkənin mədənçıxarma sənayesində 10 667,7 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 6,3 dəfə artıb.

Bu ilin avqust ayının 1-nə hazır məhsul ehtiyatı 1 908,4 ton təşkil edib.