Azərbaycanda illik inflyasiya 2,6 faiz təşkil edib

2019.09.10 10:57 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz enib, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.