Hərracda 15 nəqliyyat vasitəsi satılıb

2026.08.19 17:54 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 18-də keçirilən hərracda 15 nəqliyyat vasitəsi satılıb.

Rəqabətli keçən hərracda start qiyməti 9.000 manat olan “Toyota Corolla” markalı avtomobil 14.500 manata, ilkin qiyməti 5.000 manat olan “Hyundai Sonata” markalı nəqliyyat vasitəsi 9.400 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 25 avqust, 1, 8,15 və 22 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.