Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rumıniyaya 522,2 milyon ABŞ dolları dəyərində 821,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə dəyər ifadəsində 38,1 faiz, həcm baxımından isə 19,7 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən 8,032 milyard dollar dəyərində 12,7 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,45 faizi bu ölkənin payına düşüb.